"Bu il yaşı 3-dən çox olmayan böyük mühərrikli avtomobil Azərbaycana idxal edilməyib" BİZNES
Bu ilin ilk 3 ayında istehsal müddəti 3 ili ötmüş mühərrikin həcmi böyük olan nəqliyyat vasitəsi Azərbaycana idxal edilməyib.
Bu barədə "Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit” mövzusunda mətbuat konfransında çıxış edən Dövlət Gömrük Komitəsinin gömrük ödənişləri idarəsinin rəisi Tariyel Alverdiyev deyib.
Onun sözlərinə görə, dövlətin ekoloji təmiz avtomobillərinə tətbiq etdiyi güzəştlər artıq öz praktik təsirini göstərir: "Bildiyiniz kimi Azərbaycana gətirilən istehsal ili son 3 ili əhatə edən və mühərrikin həcmi 2 500 kubsantimetri keçməyən ekoloji təmiz avtomobillərə güzəştlər nəzərdə tutulub. Onlar ƏDV-dən azad edilib. Həmçinin mühərrikin həcmi daha böyük olan avtomobillərə, xüsusilə də istehsal ili 7 ildən çox olan nəqliyyat vasitələrinə tətbiq edilən rüsumlar artırılıb.
Artıq bu güzəştlər öz nəticəsini göstərməkdədir. Bu ilin yanvar-mart ayları ərzində ölkəyə gətirilən yeni avtomobillərin sayı ötən illə müyaisədə 1 300 ədəd çox olub ki, onun da 1 200-ü hibrid avtomobillərin payına düşür. 2021-ci ilin birinci rübündə Azərbaycana 14 elektromobil idxal edilmişdirsə, bu il bu rəqəm 37-yə çatıb".
Ötən il ölkəyə 1 744 hibrid avtomobillər idxal edilmişdi ki, bu il bu göstərici 3000-ə çatıb.
KREDİTİ ONLAYN əldə et – 10 000 AZN-dək, 0% komissiya
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
18 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















