Bakı Su İnnovasiya Forumuna qeydiyyat davam edir!
Azərbaycanda ilk dəfə keçiriləcək “Bakı Su İnnovasiya Forumu” (Water Innovation Baku) ”GƏLƏCƏK ÜÇÜN SU” şüarı ilə 17 may 2022-ci il tarixində sudan səmərəli istifadə,bu sahədə optimal həll yolları və mütərəqqi texnologiyalardan istifadə, çirkab (tullantı) suların idarəedilməsi, təkrar emalı və ətraf mühitə təsirləri, suyun keyfiyyətinin idarəedilməsi, ölçü və nəzarət texnologiyaları mövzularını gündəmə gətirəcəkdir.
Forum ölkəmizdə sudan səmərəli istifadəni təşviq etmək, çirkab (tullantı) suların təkrar emalı vasitəsi ilə ətraf mühitə olan neqativ təzyiqlərin azaldılması, bu sahədə olan effektiv və mütərəqqi texnologiyaların öyrənilməsi və tətbiqi istiqamətində həyata keçiriləcəkdir.
“AquaLink” MMC-nin təşkilatçılığı, Nijhuis Saur Industries, “A. O. Smith” və “Hach” şirkətlərinin dəstəyi ilə keçiriləcək tədbirdə “A.O. Smith Water Technology Turkey”-in əməliyyat üzrə direktoru Aşkın Aksu, “A.O Smith Water Technology INC.”-in layihə satış meneceri Cem Abdullahoğlu, “Nijhuis Saur Technology”-nin bölgə satış direktoru Emiel Koster, “Nijhuis Industries B.V. Russia and CIS”-in baş meneceri Dmitry Molokanov, “Nijhuis Industries Kazakhstan and CIS”-in nümayəndəsi Aigul Nurmagambetova, “VORTEX Water Engineering” şirkətinin qurucusu və direktoru, “HACH” şirkətinin Gürcüstan üzrə regional nümayəndəsi Archil Nasrasvilli, bundan əlavə SOCAR, BP, “AZƏRSU” ASC-nin nümayəndələrinin çıxışı gözlənilir.
Forumda iştirak sayı limitli və ödənişsizdir. İştirak üçün wifbaku.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərsiniz.
Bakı Su İnnovasiya Forumu barədə ətraflı məlumatı tədbirin rəsmi internet səhifəsindən (www.wifbaku.az) əldə edə və iştirak üçün qeydiyyatdan keçə bilərsiniz.
Forumun İnstaqram hesabı: (https://www.instagram.com/waterinnovationforumbaku/),
Forumun Facebook hesabı: (https://www.facebook.com/Water-Innovation-Forum-112278001445464),
Forumun Linkedin hesabı: (https://www.linkedin.com/company/wif-baku/)
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
14 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
19 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 31 d. əvvəl
- 33 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq

























