“Texnopark ölkəmizdə keçiriləcək mötəbər “Teknofest” festivalında 5 rezidentlə təmsil olunacaq”
AMEA Yüksək Texnologiyalar Parkı (YTP) “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində təşkil olunacaq sərgidə 4 rezident – “Elm və Texnologiyalar Parkı” MMC, “Beyt” MMC, “Təcrübə-Sənaye Zavodu” MMC, “Proline Chemicals” MMC və bir inkubator-rezident – “Troniq” MMC-nin təqdim etdiyi layihələrlə təmsil olunacaq.
Bu barədə məlumat verən YTP-nin baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov Azərbaycanda yüksək texnologiyaların inkişafı sahəsində aparılan işlərin, əldə olunan uğurların “Teknofest Azərbaycan” kimi mötəbər tədbirlərin ölkəmizdə keçirilməsi üçün zəmin yaratdığını qeyd edib. O, bu istiqamətdə əldə olunan nailiyyətlərə YTP-nin də öz töhfəsini verdiyini diqqətə çatdırıb. Bildirib ki, rəhbərlik etdiyi texnopark ölkəmizdə innovativ texnoloji yeniliklərin inkişaf etdirilməsinə, cəmiyyətdə innovativ təşəbbüslərin artırılmasına və elmin kommersiyalaşdırılmasını həyata keçirməklə innovativ sahibkarlığın formalaşmasına hər zaman dəstək verir.
YTP-nin baş direktoru sərgidə AMEA-ya göstərilmiş böyük etimadın nəticəsi olaraq ayrılmış pavilyonda texnopark tərəfindən təqdim olunacaq innovativ nailiyyətlərdən, ən müasir texnoloji məhsullardan bəhs edib.
“Sərgidə təqdim ediləcək texnoloji məhsullarımız arasında kənd təsərrüfatı sahəsində monitorinq üçün nəzərdə tutulmuş pilotsuz uçuş aparatları, bitki əsaslı sürtkülər və sürtkü materialları, mineral, sənaye, mühərrik, hidravlik və transmissiya yağları, “Smart” arı yeşikləri, LED lampa üçün diod və mikrosxemlər, müxtəlif növ robot texnikası, platalar, süni intellekt məhsulları yer alıb”, - deyə V.Abbasov bildirib.
O, Akademiyanın bir sıra institut və təşkilatları ilə birgə həyata keçirilmiş texnoloji layihələrin də festival çərçivəsində keçiriləcək sərgidə nümayiş olunacağını qeyd edib.
Baş direktor YTP-də istehsal olunan rəqabətədözümlü, intellektual texnoloji məhsulların akademiyanın elmi və istehsalat potensialının nümayişinə imkan verən bu sərginin iştirakçıları arasında böyük maraq doğuracağına inamını ifadə edib, bu məhsulların yüksək səviyyədə təqdim edilməsinin zəruri məsələlərdən olduğunu vurğulayıb. Qeyd edib ki, YTP bu işlərin uğurla həyata keçirilməsi üçün bütün imkanlarını səfərbər edib.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib




















