ABŞ-da 40 ilin ən yüksək inflyasiyası neft qiymətlərinin aşağı düşməsinə səbəb olub
40 illik ən yüksək səviyyəsini yeniləyən ABŞ inflyasiyası və Çində karantin tədbirlərinin yenidən aktivləşməsi neft qiymətlərinin aşağı düşməsinə səbəb olub.
ABŞ-da son 40 ilin ən yüksək inflyasiyasına qarşı atılacaq aqressiv sərt pul siyasəti addımlarının (FED-in daha çox faiz artırmasının) iqtisadiyyatda durğunluq yaradacağına dair gözləntilər və Çində karantin tədbirlərin yenidən aktivləşməsi neft bazarında qiymətləri aşağı salıb. Fed-in ddaha çox faiz artırmasının bir müddət sonra iqtisadi durğunluğa səbəb olacağı, belə bir vəziyyətdə də neftə təlabatın azala biləcəyi nəzərdə tutulur.
Marja xəbər verir ki, ABŞ xam nefti 2 faiz ucuzlaşaraq 119 dollardan, Brent markalı neft də 2%-ə yaxın ucuzlaşaraq 120 dollardan aşağı düşüb.
ABŞ-da inflyasiya son 40 ildə pik həddinə çatıb, FED-in aqressiv faiz artıracağı proqnozları güclənib. Ölkədə yanacağın qiyməti qalxmaqda davam edib. Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatlarına görə, ABŞ-da inflyasiyanın artmasının əsas səbəblərindən biri olan benzinin qallonunun orta qiyməti şənbə günü də artmağa davam edərək tarixində ilk dəfə 5 dolları keçib (5,004 dollara yüksəlib.).
Noyabrda keçiriləcək ara seçkilər öncəsi, Co Bayden və Demokrat millət vəkilləri üçün benzin qiymətləri böyük problemə çevrilib.
Ukraynanın işğalından sonra bir çox ölkələr Rusiyaya neft embarqosu tətbiq edərkən, emal olunmuş məhsulların istehlakı təklifi üstələyir və ehtiyatlar azalmağa davam edir.
Qlobal investisiya bankı "Goldman Sachs", Brent neftinin qarşıdakı aylarda 140 dolları keçəcəyini gözlədiyini açıqlayıb.
"Morgan Stanley" də ən aqressiv ssenaridə neftin qiymətinin 150 dolları keçə biləcəyini açıqlayıb. Brent markalı neftin qiyməti 2008-ci ilin iyulunda 147,50 dollar səviyyəsinə çataraq rekord qırmışdı.
"Black Gold Investors"un baş direktoru Gary Ross, “Qiymətlərin artması üçün, mən son 50 ildə heç vaxt belə əlverişli şərtlərin bir araya gəldiyini görməmişəm. Dünyanın çox az ehtiyat gücü var, iqtisadiyyat Çindən kənarda da güclüdür, Çin tələbatı indi geri qayıdır və biz qlobal neft qıtlığının ortasındayıq.", - deyib.
Çin Milli Neft Korparasiyası üçüncü rübdə Çin tələbinin 12 faiz arta biləcəyini proqnozlaşdırır.
"Energy Aspects Ltd"nin Baş neft analitiki Amrita Sen de, “Çinsiz biz 120 dollardayıq. Beləliklə, Çin tələbi artmağa başlayanda neft qiymətləri daha da yüksələcək. Qiymətlər yüksək olsmasına baxmayaraq, insanların səyahət etmələri də yanacağa tələbat artır",- deyib.
Müştərilərin xəbərləri

“McDonald’s Azərbaycan” ət tədarükçüsü olan “Azprotein Foods Group”un istehsalat müəssisəsinə media tur təşkil edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
12 d. əvvəl
Xarici vençur fondu Azərbaycan bazarına daxil olur, yeni şirkəti təsis olunacaq
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
40 d. əvvəl
BYD, 2025-ci ildə ixracın ümumi satışlarının 20 faizini təşkil edəcəyini gözləyir
- 44 d. əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank” nüfuzlu “İNMerge” innovasiya sammitinin platin sponsorudur
-
1 saat əvvəl
"Bir çox sahibkar bu barədə məlumatsızdırlar və risklərin fərqində deyillər"
-
1 saat əvvəl
Leobank premium Leo Prime Visa kartının alınması prosesini sadələşdirib
-
2 saat əvvəl
Avtobuslarda gediş haqqı məsafədən asılı olaraq dəyişəcək - QİYMƏT AZI 60 QƏPİK OLACAQ
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda istehlak kreditləri biznes kreditlərindən 3 dəfə sürətli artıb
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Sentyabrın 30-da gözlənilən hava şəraiti

Avtobuslarda gediş haqqı məsafədən asılı olaraq dəyişəcək - QİYMƏT AZI 60 QƏPİK OLACAQ

Azərbaycanda kredit kartlarının sayı isə 7% azalıb
Ən çox oxunanlar

“McDonald’s Azərbaycan” ət tədarükçüsü olan “Azprotein Foods Group”un istehsalat müəssisəsinə media tur təşkil edib

Metro və avtobuslarda gediş haqqları artırıldı

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Azərbaycanın bank sektronda mənfəət sabit qalıb - MƏBLƏĞ

Bank sektorunda son vəziyyət

“PAŞA Bank”ın dəstəyilə “Koroğlu” operası yenidən səhnədə
