Qlobal ərzaq qiymətləri enməkdə davam edir
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) iyul ayı üzrə Qlobal Ərzaq Qiymətləri İndeksini açıqlayıb.FAO-nun Ərzaq Qiymətləri İndeksi iyul ayında aylıq müqayisədə 8,6 azalıb, illik müqayisədə isə 13,1 faiz artıb.
Marja xəbər verir ki, ardıcıl dörd aydır eniş trendində olan indeks, 2008-ci ilin oktyabr ayından bu yana dəyərində ən kəskin aylıq azalma baş verib.
İyulda azalmaya bitki yağı və taxıl indekslərinin əhəmiyyətli dərəcədə azalması səbəb olub.
FAO-nun Taxıl Qiymətləri İndeksi aylıq müqayisədə 11,5 faiz azalaraq iyul ayında orta hesabla 147,3 bənd təşkil edib. İllik müqayisədə16,6% artım var. Dünya buğda qiymətləri qismən Ukraynanın Qara dənizdəki əsas limanlarını blokdan çıxarmaq və Ukraynadan taxıl ixracını bərpa etmək üçün Ukrayna ilə Rusiya arasında razılaşmanın imzalanması ilə iyul ayında 14,5 faizə qədər ucuzlaşıb. Şimal yarımkürəsində məhsulun mövsümə uyğunluğu da qiymətlərin geri çəkilməsində təsir edib. Bununla belə, beynəlxalq buğda qiymətləri hələ də keçən ilin iyul ayı dəyərlərindən 24,8 faiz yüksəkdir.
Qarğıdalı yığımının keçən ilki tempdən yüksək olduğu Argentina və Braziliyada əlverişli mövsümi tendensiya da qiymətlərə olan təzyiqi azaltmağa kömək edib.
Buğda və qarğıdalı bazarlarında zəiflik səbəbindən qiymətlərin ucuzlaşması sorqo və arpa qiymətlərini müvafiq olaraq 12,8 faiz və 12,6 faiz azaldıb.
İyul ayında beynəlxalq düyü qiymətləri ilin əvvəlindən bəri ilk dəfə olaraq tələbin qeyri-müəyyənliyi və valyuta məzənnələrilə əlaqədar olaraq ucuzlaşıb.
FAO Bitki Yağı Qiymətləri İndeksi iyul ayında iyun ayına nisbətən 19,2 faiz azalaraq 10 ayın ən aşağı səviyyəsini qeyd edib. Kəskin azalmaya palma, soya, kolza və günəbaxan yağlarının dünya qiymətlərinin aşağı düşməsi səbəb olub. Beynəlxalq palma yağının qiymətləri iyul ayında ardıcıl dördüncü aydır ucuzlaşıb. Dünyanın aparıcı palma yağı ixracatçısı İndoneziyadan geniş ixrac imkanları gözlədiyi üçün beynəlxalq palma yağının qiymətləri iyul ayında ardıcıl dördüncü aydır ucuzlaşıb. Dünya soya və kolza yağının qiymətləri müvafiq olaraq uzun müddət davam edən ləng tələb və yeni məhsulların bol tədarükü ilə bağlı gözləntilərə uyğun olaraq ucuzlaşıb. Günəbaxan yağı Qara dəniz regionunda davam edən logistik qeyri-müəyyənliklərə baxmayaraq, qlobal idxal tələbinin azalması səbəbindən beynəlxalq qiymətlər əhəmiyyətli dərəcədə aşağı düşüb. Xam neftin qiymətinin düşməsi də bitki yağının qiymətlərinə aşağı istiqamətli təzyiq göstərib.
FAO Süd Qiyməti İndeksi iyul ayındaaylıq 2,5 azalıb. İllik isə 25,4% artıb.
Beynəlxalq yağsız süd tozu qiymətləri kəskin şəkildə geriləyib, ardınca kərə yağı və süd tozu qiymətləri yayda Avropadakı ləng bazar səbəbilə aşağı düşüb. Digər tərəfdən, dünya pendir qiymətləri sabit qalıb, çünki Avropanın turistik yerlərində daxili satışların artması zəif qlobal idxal tələbini kompensasiya edib.
FAO Ət Qiyməti İndeksi iyul ayında orta hesabla 124,0 punkt təşkil edərək, aylıq 0,5 faiz azalıb.
FAO Şəkər Qiymət İndeksi iyul ayında orta hesabla 112,8 bənd olmaqla, aylıq 3,8 faiz azalıb. Beləliklə, İndeks ardıcıl üçüncü aylıq enişi qeyd edərək, beş aylıq minimuma çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
43 d. əvvəl
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
-
48 d. əvvəl
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
-
10 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5250 dollara yaxınlaşdı -YENİ REKORD
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
Ən çox oxunanlar
İranda dolların qiymətində yeni rekord
Nazir müavini işdən çıxarıldı
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək




















