Energetika naziri Bolqarıstanın iqtisadiyyat və sənaye naziri ilə qaz tədarükü üzrə əməkdaşlığı müzakirə edib
Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov ilə görüşüb. Görüşdə Bolqarıstana Azərbaycan qazının tədarükü, eləcə də ikitərəfli enerji əməkdaşlığına dair məsələlər müzakirə edilib.
Bolqarıstanla dostluq və tərəfdaşlıq münasibətlərinin enerji əməkdaşlığı ilə dərinləşdiyini deyən energetika naziri Pərviz Şahbazov Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) hazır olmasa da, Azərbaycanın ötən ildən indiyə kimi bu ölkəni 555 milyon kubmetr təbii qazla təchiz etdiyini bildirib. Nazir bu ilin iyul ayından Bolqarıstana gündəlik qaz nəqlinin 2,6 milyon kubmetrə yüksəldiyini və ilin sonuna qaz ixracının, təxminən, 600 milyon kubmetr proqnozlaşdırıldığını diqqətə çatdırıb.
Görüşdə Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) kommersiya fəaliyyətinə başlamasının oktyabra planlaşdırıldığı qeyd edilib və kəmərin Bolqarıstan, ümumilikdə isə Cənub-Şərqi Avropanın enerji təchizatına töhfə verəcəyi vurğulanıb. Söhbət zamanı Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsi çərçivəsində Bolqarıstana əlavə qaz həcmlərinin tədarükü perspektivləri də nəzərdən keçirilib.
Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov isə Azərbaycanın hər zaman etibarlı tərəfdaş olduğunu vurğulayaraq ölkəsinin TAP-ın genişləndirilməsi mərhələsində əməkdaşlığa marağını ifadə edib.
Görüşdə, həmçinin Azərbaycanın Xəzər dənizinin külək enerjisi potensialından elektrik enerjisi və hidrogenin istehsalı və ixracı ilə bağlı planları və “yaşıl enerji”nin Avropaya ixrac perspektivləri, eləcə də enerji sahəsində digər istiqamətlər üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 d. əvvəl
-
- 13 d. əvvəl
-
23 d. əvvəl
bp şirkəti Azərbaycanda iri müqavilə bağladı - ÜMUMİ DƏYƏRİ 1 MİLYARD DOLLARDAN ÇOX OLA BİLƏR
-
32 d. əvvəl
“Dövlət borcunun idarə edilməsinə dair Strategiya” hazırlanacaq
- 50 d. əvvəl
-
51 d. əvvəl
Bərpa, Tikinti və İdarəetmə Xidməti 3,2 milyon manat xalis mənfəət əldə edib
- 11 saat əvvəl
-
15 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Naxçıvanda 1- 9 nömrəli şəhərdaxili və Bakının 142 nömrəli şəhərətrafı avtobus marşrutu bu şəxslərə verildi
Azərbaycan neftinin son qiyməti - 2 dollardan çox bahalaşıb
“Dövlət borcunun idarə edilməsinə dair Strategiya” hazırlanacaq
Nazirlikdə dövlət borcu yığıncağı
Ən çox oxunanlar
BOKT investorlara illik 18% gəlir təklif edir
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib























