Azərbaycan Sənaye Bankı kiçilməkdə davam edib - 100 MİLYON MANATA YAXIN "ƏRİMƏ"
2022-ci ilin 9 ayında ASB-nin cəmi aktivləri 100 milyon manata yaxın azalıb.
ASB (Azərbaycan Sənaye Bankı) kiçilməkdə davam edib.
Marja.az xəbər verir ki, ASB-nin cəmi aktivləri 2022-ci ilin 3-cü rübündə (iyul-sentyabr dövründə) 23 milyon 820 min manat və ya 3,2% azalaraq 30 Sentyabr 2022-ci il tarixində 714 milyon 112 min manat təşkil edib. 30 İyun 2022-ci il tarixində Bankın cəmi aktivləri 737 milyon 933 min manat təşkil etmişdi.
O cümlədən, cari ilin 3-cü rübündə ASB-nin kredit portfeli (müştərilərə verilən kreditlər) 7 milyon 105 min manat və ya 2,8% azalaraq 249 milyon 342 min manata, banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitləri 17 milyon 132 min manat və ya 4,4% azalaraq 367 milyon 765 min manata geriləyib. Qeyd edək ki, ASB-nin digər banklarda yerləşdirdiyi depozitlərdən faiz gəlirləri Bankın əməliyyat gəlirlərinin xeyli hissəsini formalaşdırır. ASB-nin digər abnklardakı depozitlərinin məbləği kredit portfelindən çoxdur.
2021-ci ilin sonu ilə müqayisədə (cari ilin 9 ayında) ASB-nin cəmi aktivləri 98 milyon 449 min manat və ya 12,1% azalıb. Ötən ilin sonunda ASB-nin cəmi aktivləri 812 milyon 561 min manat təşkil etmişdi. O cümlədən, 9 ay ərzində ASB-nin banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitləri 99 milyon 530 min manat və ya 21,3% azalıb. Müştərilərə verilmiş cəmi kreditlər isə ötən ilin sonu ilə müqayisədə 5 milyon 749 min manat və ya 2,3% çoxdur. 31 Deakbr 2021-ci il tarixində ASB-nin banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitləri 467 milyon 295 min manat, kredit portfeli 243 milyon 593 min manat təşkil etmişdi.
2021-ci ilin 3-cü rübünün sonunda ASC-nin cəmi aktivləri 866 milyon 646 min manat olmuşdu. Son 12 hesabat ayında Bankın cəmi aktivləri 152 milyon 533 min manat azalıb.
DEPOZİT PORTFELİ KİÇİLİB
ASB-nin depozit portfeli 2022-ci ilin 9 ayı ərzində (ötən ilin sonu ilə müqayisədə) 75 milyon 819 min manat və ya 14,7%, 3-cü rübdə isə (iyul-sentyabr) 17 milyon 904 min manat və ya 3,9% azalaraq 438 milyon 563 min manata geriləyib. ASB-nin depozit portfeli ötən ilin sonunda 514 milyon 382 min manat, 2022-ci ilin 1-ci yarısının sonunda isə 456 milyon 468 min manat təşkil etmişdi.
Balans hesabatına görə, ASB (Azərbaycan Sənaye Bankı) 2022-ci ilin 9 ayını (yanvar-sentyabr dövrünü) 4 milyon 338 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 1 milyon 716 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ASB-nin xalis mənfəəti 2,5 dəfə artıb.
ASB-nin faiz gəlirləri 2022-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 628 min manat və ya 12,6% azalaraq 18 milyon 292 min manata düşüb, qeyri-faiz gəlirləri isə 3 milyon 288 min manat və ya 78,8% artaraq 7 milyon 460 min manata yüksəlib. Bankın xalis mənfəətinin artması - faiz xərclərinin azalması, qeyri-faiz gəlirlərinin artması və aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan azad olan vəsaitin hesabınadır.
Qeyd edək ki, ASB-nin xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 2,3 dəfə azalaraq 2 milyon 228 min manat təşkil etmişdi.
ASB-nin səhmdarları "Anadolu İnvestment Kompani" MMC (98,4252%), "Azərbaycan Sənaye Lizinq" MMC (0.5748%) və Leyla Gozal-dır (1,00%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
42 d. əvvəl
Azərbaycan Prezidenti Fransanın yeni səfirinin etimadnaməsini qəbul etdi
- 54 d. əvvəl
-
-
1 saat əvvəl
Sabahdan Xırdalan-Bakı E2 nömrəli ekspres marşrut xətti istifadəyə verilir
-
1 saat əvvəl
İnşaat materialları istehsalçısının gəliri artıb, amma mənfəəti azalıb
-
1 saat əvvəl
“AFB BANK” avadanlıqların satın alınması üzrə tender elan edib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
-
3 saat əvvəl
Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
Son Xəbərlər

10 000 manat kredit götür, aylıq cəmi 350 manat ödə

Azərbaycan və Çin mərkəzi banklarının sədrləri görüşüb

ABB səhmdarları 16%-ə yaxın dividend qazana bilərlər

Azərbaycan şirkəti Özbəkistanda konserv zavodu tikəcək
Ən çox oxunanlar

Bakı Fond Birjası ilk dəfə istiqrazların ticarətində “təmiz qiymət” prinsipini tətbiq edib

Oktyabrın 17-də gözlənilən hava şəraiti

Azərbaycanın xarici ticarətində mənfi vəziyyət

Qeyri-vergi gəlirləri 2025-də pikə çatdıqdan sonra aşağı düşəcək - Vergi gəlirləriı üzrə kəskin artım nəzərdə tutulur

Azərbaycanın 2026–2029-cu illər üzrə dövlət büdcəsi proqnozları: gəlirlər artacaq, xərclər yüksələcək

Azərbaycanın dövlət borcunda 2026-da yenidən artım gözlənilir
