Donald Trump: Şimali Koreyaya səbrimiz bitdi
ABŞ Prezidenti Donald Trump,"Şimali Koreya rejiminə qarşı strateji səbr dövrü uğursuz oldu. Düzünü desək, bu səbr bitib" deyib.
"Marja" xəbər verir ki, Trump, ilk dəfə Ağ Evdə qəbul etdiyi Cənubi Koreyanın prezidenti Moon Jae-in ilə Oval Ofisdəki görüşündən sonra birgə mətbuat konfransı keçirib.
"CƏNUBİ KOREYA İLƏ YAN-YANA OLACAĞIQ
"İki ölkə arasındakı münasibətlərin sarsılmaz olduğunu vurğulayan Trump, Şimali Koreya təhlükəsinə qarşı ABŞ-ın hər zaman Cənubi Koreya ilə yanaşı olacağını bildirib.
Trump, "Şimali Koreya rejiminə qarşı strateji səbr dövrü uğursuz oldu. Dürüst desək, bu səbr bitib. Şimali Koreya kimi tanınan pisliyə qarşı müttəfiqlərimizi və öz vətəndaşlarımızı qorumaq üçün diplomatik, təhlükəsizlik və iqtisadi tədbirlər nöqtəsində Cənubi Koreya və Yaponiya ilə yaxın çalışırıq" ifadələrini istifadə edib.
"QARŞILIQ TƏLƏB EDİR"
Trump "Şimali Koreyanın vəhşi və qaniçən rejiminin təhdidi ilə birlikdə üzləşirik. Bu rejimin nüvə və balistik raket proqramları qərarlı bir qarşılıq tələb edir" deyə əlavə edib.
Moon ilə Şimali Koreyaya qarşı görüləcək bütün tədbirləri danışdıqlarını dilə gətirən Trump, həmçinin iki ölkə arasındakı ticarət müqaviləsini də yenidən müzakirə etdiklərini deyib.
ABŞ-ın Vitse-prezidenti Mike Pence, Asiya səfəri çərçivəsində Aprelin 17-də Cənubi Koreya ilə Şimali Koreyanı bir-birindən ayıran bölgəyə səfər etmiş və "ABŞ-ın strateji səbr dövrü sona çatmışdır" şəklində danışmışdı.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 1 d. əvvəl
- 13 d. əvvəl
- 21 d. əvvəl
- 31 d. əvvəl
-
47 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək


























