Mərkəzi Bank ilə banklar arasında xarici valyutanın alqı-satqısı qaydası yeniləndi
“Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə banklar arasında xarici valyutanın alqı-satqısı qaydası” qüvvəyə minmişdirMərkəzi Bankın İdarə Heyətinin 15 noyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə banklar arasında xarici valyutanın alqı-satqısının yenilənmiş qaydası təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilərək 30.11.2022-ci il tarixindən qüvvəyə minmişdir.
Bu barədə Marja-ya Mərkəzi Bankdan bildirilib.
Qeyd edilib ki, yenilənmiş qayda “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 6-cı və 7-ci hissələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikası Qanununun 22.0.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Mərkəzi Bank ilə banklar arasında xarici valyutanın alqı-satqısı əməliyyatlarının aparılması qaydalarını tənzimləyir.
"Qaydada Mərkəzi Bankın banklarla apardığı valyuta əməliyyatlarının üsulları, forması, şərtləri hazırda istifadə olunan təcrübəyə uyğun müəyyən edilmişdir. Qaydada Mərkəzi Bankın daxili valyuta bazarında istifadə edə biləcəyi alətlər siyahısında hazırda istifadə olunan alətlərlə yanaşı, valyuta bazarında zərurət yaranacağı hallarda aparıla bilən digər potensial alətlər, o cümlədən forvard, svop, opsion əməliyyatları da yer almışdır. Həmin alətlər üzrə qiymətin hesablanması metodologiyası da qaydalarda öz əksini tapmışdır",- məlumatda bildirilir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 44 d. sonra
-
- 44 d. əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
19 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb



















