Volkswagen şirkəti hələ Kaluqadakı zavodun satışı ilə bağlı yekun qərar verməyib
Almaniyanın “Volkswagen” avtokonserni Ruisya, Kaluqadakı zavodunun satışı ilə bağlı yekun qərarını hələ qəbul etməyib, lakin bu variant hələ də nəzərdən keçirilir.
Marja xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən bildirilib.
Çərşənbə günü RBC mənbələrə istinadən xəbər verir ki, "Avilon" avtomobil dileri Rusiyada Volkswagen zavodunun alınması üçün əsas iddiaçı olub, sövdələşmənin yekun təsdiqi martın 3-nə planlaşdırılıb.
"Biz vəziyyəti daim izləyirik və gələcək inkişafın müxtəlif ssenarilərini nəzərdən keçiririk. Variantlardan biri "Volkswagen Group Rus" şirkətinin aktivlərinin üçüncü tərəfə satılmasıdır. Lakin bu məsələ ilə bağlı qərar hələ qəbul edilməyib", - deyə Volkswagen-dən bildirilib.
Volkswagen 2022-ci ilin martından Rusiyada istehsalı dayandırıb. Avtomobil konserninin avtomobilləri şirkətin Kaluqadakı zavodunda (Volkswagen Tiguan, Volkswagen Polo və Skoda Rapid), eləcə də QAZ Qrupunun Nijni Novqoroddakı istehsalat sahəsində (Volkswagen Taos, Skoda Kodiaq, Skoda Octavia və Skoda Karoq) yığılırdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
30 d. əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
47 d. əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
59 d. əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 2 saat əvvəl
-
2 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir





















