"Naxçıvan Sığorta" ötən ili 1 milyon manatdan çox xalis mənfəət ilə başa vurub
"Naxçıvan Sığorta" ASC 2022-ci ili 1 milyon 5 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 900 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja xəbər verir ki, ötən il "Naxçıvan Sığorta"nın cəmi əməliyyat gəlirləri 2 milyon 931 min manat cəmi əməliyyat xərcləri 1 milyon 674 min manat təşkil edib. Şirkət 1 milyon 257 min manat əməliyyat mənfəətindən 251 min manat mənfəət vergisi ödəyib.
Ötən il "Naxçıvan Sığorta" ASC 2 milyon 332 min manat sığorta haqları toplayıb, 607 min manat sığorta ödənişləri həyata keçirib.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə "Naxçıvan Sığorta"nın cəmi əməliyyat gəlirləri 2 milyon 278 min manat, cəmi əməliyyat xərcləri 1 milyon 153 min manat, əməliyyat mənfəəti 1 milyon 125 min manat, ödədiyi mənfəət vergisi 225 min manat təşkil etmişdi. Şirkət 2021-ci ildə 2 milyon 509 min manat sığorta haqları toplamış, 422 min manat sığorta ödənişləri həyata keçirmişdi.
“Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyəti ilk regional sığorta şirkəti olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının 13 may 2022-ci il tarixli, 0004 nömrəli müddətsiz lisenziyası əsasında sığorta fəaliyyətini həyata keçirir. Şirkətin baş ofislə yanaşı, Bakı şəhərində və Naxçıvan Muxtar Respublikasının digər bölgələrində nümayəndəlikləri fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
13 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 34 d. əvvəl
-
38 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
52 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı






















