Bank Respublika “İlin Bankı” adına layiq görüldü
Bank Respublika APFM AWARDS mükafatlarının təqdimat mərasimində “İlin Bankı – 2024” nominasiyasında qalib gəldi.(®) Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) təşkilatçılığı ilə keçirilən 1-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimində “İlin Bankı – 2024” nominasiyasında qalib gəldi.
Bu nüfuzlu mükafat Bank Respublikanın maliyyə sektorunda göstərdiyi uğurlu fəaliyyətin və müştərilərinə təqdim etdiyi xidmətlərin yüksək qiymətləndirilməsi oldu.
Tədbir maliyyə sahəsində əməkdaşlığı təşviq etməklə yanaşı, sahənin ən yaxşı nümayəndələrini bir araya gətirib. Mərasimdə ölkənin aparıcı maliyyə institutlarının nümayəndələri, dövlət rəsmiləri, biznes ictimaiyyətinin tanınmış simaları, eləcə də maliyyə sahəsinin peşəkarları iştirak ediblər.
“İlin Bankı – 2024” nominasiyasında Bank Respublika, APFM tədbirlərində fəal iştirakı və APFM üzvlərinin ən çox müraciət etdiyi, yüksək məmnuniyyət qazandığı bank kimi seçilib. Bu mükafat, həmçinin Bank Respublikanın innovativ xidmətləri və müştərilərinə yönəlik fərdi yanaşmasının nəticəsidir.
Bank Respublika, maliyyə sektorunda geniş spektrli xidmətləri ilə tanınır. Bankın təqdim etdiyi rəqəmsal həllər müştərilərə sürətli və rahat bank xidmətləri təklif edir. Eyni zamanda, müştəri mərkəzli yanaşma, dayanıqlı maliyyə idarəetməsi və sosial məsuliyyətə verdiyi əhəmiyyət Bank Respublikanı sektorda fərqləndirir. Bank Respublika, həmçinin ölkədə iqtisadi inkişafı dəstəkləmək və maliyyə bazarlarında davamlı irəliləyiş əldə etmək məqsədilə yeni layihələr üzərində çalışır.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 11 d. əvvəl
-
- 29 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Ən çox oxunanlar
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq





















