Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Beynəlxalq Bankdan 100 milyon manatlıq istiqraz

Əhalinin Beynəlxalq Banka borc verib gəlir əldə etməsi üçün daha bir fürsət.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankdan 100 milyon manatlıq istiqraz
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) istiqraz yerləşdirilməsi yolu ilə 100 milyon manat cəlb edəcək. 

Marja.az Emissiya Prospektinə istinadən xəbər verir ki, Bank hər birinin nominal dəyəri 100 manat olan 1 milyon ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar buraxıb.

Reklam_3_11

İstiqrazların əldə edilməsində fiziki şəxslər (əhali) üstünlük hüququna malikdir. 

Buraxılış üzrə istiqrazların illik faiz dərəcəsi, kupon ödəniş tezliyi, tədavül müddəti və istiqrazlar haqqında digər qaydalar Yekun Şərtlərlə müəyyən olunacaq.

Baza emissiya prospekti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edildikdən sonra hər bir istiqraz buraxılışı üzrə yerləşdirilmənin başlanma və başa çatma tarixlərinin təyin olunma qaydası Yekun Şərtlərdə təqdim olunacaq. Yekun Şərtlər qeydiyyata alındıqdan sonra abunə yazılışı 1 həftə ərzində başlanacaq, abunə yazılışının müddəti isə Yekun şərtlər ilə müəyyən ediləcəkdir. Abunə yazılışı başa çatdıqdan sonra istiqrazların yerləşdirilməsinə 5 iş günü ərzində başlanılacaq və istiqrazların yerləşdirilməsi başlandığı tarixdən etibarən 7 iş günü ərzində həyata keçiriləcəkdir. Ümumi kağızların yerləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əsasən tamamlanacaqdır. Abunə yazılışının başlanması və bitmə tarixləri, habelə istiqrazların yerləşdirilməsi tarixləri ictimaiyyətə Emitent, Bakı Fond Bijası və buraxılışın anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-ni rəsmi saytı və ya KİV-lər vasitəsilə açıqlanacaqdır. 

26.02.2026 17:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18