10 milyard dollarlıq "Tweet"
"Tesla" elektrikli avtomobilləri istehsal edən, "SpaceX" ilə kosmik səyahətlərin gedişini dəyişdirməyə çalışan və "Hyperloop" ilə sərnişindaşımada yeni cığır açmağı hədəfləyən Musk, mikro bloq saytı "Twitter"də yazdığı paylaşım ilə bir anda ən çox danışılan adamlardan biri olub.
"Marja" xəbər verir ki, "Tesla Motors"un İcraçı direktoru Elon Musk və "Mercedes" "Twitter"də əyləncəli bir şəkildə atışıb.
Ötən günlərdə "Mercedes"in "Tesla"nın qarşısını almaq üçün elektrikli avtomobil biznesinə 1 milyard dollarlıq sərmayə qoymağa hazırlaşdığı barədə iddialar ABŞ mətbuatında yer almışdı.
Bu xəbərlərdən birini "Twitter" hesabında paylaşan Musk, "Bu məbləğ "Mercedes" kimi bir nəhəng üçün böyük investisiya deyil, kaş daha çox etsəydilər" yazmışdı.
Musk-ın bu tvitinə "Mercedes"in cavab gecikmədi.
"Mercedes"in rəsmi "Twitter" hesabından edilən paylaşımda Muska cavab olaraq "tamamilə haqlısan Musk, bir sıfır əskik olub. Yeni nəsil "EV" modellərinə 10 milyard dollar sərmayə qoyuruq"
İndi. "Mercedes"in 10 milyard dollarlıq investisiyanın səbəbi Elon Muskdur?" sualı ağıllara gəlib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 20 saat sonra
-
-
5 d. əvvəl
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
- 12 d. əvvəl
-
25 d. əvvəl
Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
-
1 saat əvvəl
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub
- 1 saat əvvəl
-
2 saat əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
2 saat əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
“BQ” ASC-nin 100 ədəd səhmini 1 investor əldə edib
Ən çox oxunanlar
Yenidən 150 dollar ssenariləri gündəmdədir
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub






















