Dollar sürətlə dəyərdən düşür, Avro bahalaşır
Avro Dollar qarşısında bahalaşmaqda davam edir.
“Marja” xəbər verir ki, Bakı vaxtı ilə saat 07:10-da Avro/dollar məzənnəsi 0,7% qalxaraq 1.1475 səviyyələrində əməliyyat olunub.
ABŞ-prezidenti Donald Trumpın ötən il apardığı seçki kampaniyasının Rusiya ilə mümkün əlaqəsinə işarə edən sənədlərin ortaya çıxması maliyyə bazarlarına mənfi təsir edib. ABŞ səhmləri və Dollar düşüb.
Digər tərəfdən ABŞ Mərkəzi Bankının inflyasiya hədəfinə çata bilmədiyindən faiz artırmağa fasilə verəcəyi müzakirə edilir. Bu ehtimal da Dolları ucuzlaşdırır.
Digər “cəbhədə” – Avropa Mərkəzi Bankı təşviqləri dayandırmağı və faizləri qaldırmağa başlamağı müzakirə edir. Bu da Avronu bahalaşdırır. Artıq Avropada deflyasiya təhlükəsi ortadan qalxıb, iqtisadi canlanma sürətlə davam edir.
100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN
Bu gün Fed sədri Janet Yellenin çıxışı bazarlar tərəfindən izlənəcək. Yellen Çərşənbə və Cümə günləri Nümayəndələr Palatasında yarımillik təqdimatını edəcək. Fed sədrinin məşğulluq göstəricisi və pul siyasətinə dair mesajları əhəmiyyətli olacaq.
Dolların ucuzlaşması bu valyuta ilə ticarət olunan əmtələrin, o cümlədən neftin bahalaşmasına səbəb olub. Brent nefti 1.3 faiz bahalaşaraq 48,20 dollara çıxıb. Digər tərəfdən ABŞ-da xam neft ehtiyatlarının azalacağı gözlənilir və bu gözlənti də neftin qalxmasına təkan verir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
- 24 d. əvvəl
-
52 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
57 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
“BQ” ASC-nin 100 ədəd səhmini 1 investor əldə edib
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ən çox oxunanlar
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















